Mədəniyyət

Macarıstanda Mirzə Fətəli Axundzadə haqqında filmin təqdimatı olub - FOTO

22 Oktyabr 2014 15:01
Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Böyük Azərbaycan dramaturqu, filosof və ictimai xadim Mirzə Fətəli Axundzadə haqqında çəkilmiş "Sübhün səfiri" filminin yaradıcı heyəti - ssenari müəllifi, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, baş rejissor, Azərbaycanın xalq artisti Ramiz Həsənoğlu və Mirzə Fətəli rolunun ifaçısı, Azərbaycanın xalq artisti Rasim Balayev filmin Macarıstan paytaxtında keçirilən təqdimat mərasimi ilə əlaqədar Budapeştə gəliblər.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində filmin yaradıcı heyəti ilə Budapeştdə yaşayan Azərbaycan və türk icması nümayəndələrinin, burada təhsil alan azərbaycanlı tələbələrin, macar sənət adamlarının görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan səfir Vilayət Quliyev qonaqları təqdim edib, XIX əsr Azərbaycan və bütünlükdə İslam Şərqi mədəniyyətinin, ictimai fikrinin tarixində Mirzə Fətəli Axundzadənin yeri və rolu haqqında danışıb.

Ssenari müəllifi Anar, rejissor Ramiz Həsənoğlu və baş rolun ifaçısı Rasim Balayev film üzərindəki iş barəsində görüş iştirakçılarına ətraflı məlumat verib, Mirzə Fətəli haqqında ekran əsərinin yaradılmasını zərurətə çevirən amillər üzərində dayanıb.

Budapeştdəki Azərbaycan icmasının nümayəndələrindən Svetlana Abdullayeva, Vüqar Seyidov, Ramiz Əmirli, Macarıstandakı Türk iş adamları dərnəyinin başkanı Osman Şahbaz öz çıxışlarında Azərbaycanla Macarıstanın, eləcə də Macarıstanla türk dünyasının mədəni əlaqələrini daha da genişləndirməyin əhəmiyyətini vurğulamış, səfirliyinin bu istiqamətdəki fəaliyyətini təqdir ediblər.

Filmin yaradıcı heyətinin üzvləri, habelə Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov və gənc yazıçı Günel Anarqızı görüş iştirakçılarının çoxsaylı suallarına cavab veriblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.