Mədəniyyət

Rusiya Akademik Böyük Teatrının səhnəsində "Məhəbbət əfsanəsi" baleti - FOTO

21 Oktyabr 2014 18:16
0 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Oktyabrın 23-də Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, professor Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerası keçiriləcək.

Trend-in Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, bəstəkara böyük şöhrət qazandıran "Məhəbbət əfsanəsi" baleti yarım əsrdən çoxdur ki, dünya səhnələrini bəzəyir. Balet ilk dəfə 1961-ci ildə Kirov adına Leninqrad Akademik Opera və Balet Teatrında - indiki Sankt-Peterburq Mariinski Teatrında tamaşaya qoyulub. Həmin tamaşanın quruluşçu baletmeysteri SSRİ xalq artisti Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub.

Uzun fasilədən sonra tamaşa bərpa edilərək yeni ifaçıların iştirakı ilə sənətsevərlərə təqdim olunacaq. Y.Qriqoroviçin quruluşunda və S.Virsaladzenin səhnə tərtibatında nümayiş etdiriləcək yeni tamaşanın dirijoru Rusiyanın əməkdar artisti Pavel Sorokindir.

Premyerada iştirak etmək üçün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Moskvaya gedəcək.

Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, tanınmış balet ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov, bəstəkar, əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev, gənc bəstəkarlar və Bakı Musiqi Akademiyasının tələbələri daxildir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.