Mədəniyyət

"Silindr" tamaşasının premyerası keçiriləcək - FOTO

21 Oktyabr 2014 11:39
Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21 oktyabr tarixində (bu gün), saat 19.00-da Akademik Milli Dram Teatrında "Silindr" tamaşasının premyerası keçiriləcək

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, E. de Filipponun pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz, quruluşçu rəssamı Anar Əliyev, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Tamaşada rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər Münəvvər Əliyeva, Kazım Abdullayev, Məzahir Cəlilov, aktyorlar Anar Heybətov, Rövşən Kərimduxt, Şəhla Əliqızı, Ləman İmanova, Dilarə Nəzərova, Hikmət Rəhimov, Ramin Şıxəliyev, Ülvi Həsənov və başqaları canlandırır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.