Mədəniyyət

Dövlət Musiqili Teatrı mükafat təsis etdi - FOTO

2 Oktyabr 2014 15:32
0 Şərh     Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Musiqili Teatrı mükafat təsis edib

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, teatr 105-ci mövsümə yeni başlasa da, artıq mövsüm sonuna maraqlı sürprizlər hazırlayır.

Belə ki, teatrda çalışan gənc aktyorların, aktrisaların yaradıcılıq həvəsini, əzmini, istedadını dəyərləndirmək məqsədilə teatrın daxili imkanları hesabına yeni mükafat təsis edilib.

Mövsüm ərzində uğurları ilə seçilən gənc sənətçilər "İlin ən yaxşı gənc aktyoru" və "İlin ən yaxşı gənc aktrisası" nöminasiyaları üzrə mükafatlandırılacaqlar.

Bundan başqa, xalq artisti Afaq Bəşirqızı tərəfindən "Bəşir Səfəroğlu adına mükafat" da təsis edilib ki, bu da mövsümün sonunda ən yaxşı aktyor və aktrisaya təqdim ediləcək.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.