Mədəniyyət

Nizami Kino Mərkəzində yeni üç amerika filminin nümayişi başlanıb - FOTO

2 Oktyabr 2014 11:11
Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nizami Kino Mərkəzində oktyabrın 2-dən etibarən "Paris: ölülər şəhəri", "Yox olmuş" və "Anabelin lənəti" adlı filmlərin nümayişinə başlanıb.

Rejissor Con Erik Daudalın çəkdiyi "Paris: Ölülər şəhəri" filmi dəhşət saçan trillerdir. Yaş məhdudiyyəti: 18+

Eyfel qülləsinin möhtəşəmliyi, Yelisey zəmilərinin rəngarəngliyi, nəfis Fransa mətbəxinin ətri və hətta şəhər butiklərinin cazibəsi Parisin yalnız gözə görünən tərəfidir.

Şəhərin görünməyən üzü olan sonsuz katakombalarda isə bu dünyanın əsl sahibləri yaşayırlar.

Filmdə rolları Ben Feldman, Edvin Xoc, Perdita Viks, Fransua Sivil, Ali Maxyar, Kosme Kastro, Hamid Cavidan, Emi Levi və digər aktyorlar canlandırıblar.

"Anabelin lənəti" filmini Qari Dobermanın ssenarisi əsasında rejissor Con R. Leonetti lentə alıb. Dəhşət janrında çəkilmiş filmin yaş məhdudiyyəti 18+.

Con həyat yoldaşı üçün ideal hədiyyə - ağ gəlinlikdə olan nadir əntiq kukla alır. Lakin hədiyyə sevinci çox çəkmir. Gecələrin birində, şeytana sitayiş edən təriqət üzvləri onların evinə basqın edirlər.

Filmdə rolları Annabell Uollis, Elfri Vudard, Erik Ladin, Mişel Romano, Uord Xorton və başqa aktyorlar ifa ediblər.

Üçüncü, "Yox olmuş" filmi də amerika kinematoqrafçılarının istehsalıdır. Cillian Flinnin ssenarisi əsasında rejissor Devid Finçerin ekranlaşdırdığı film triller, dram və kriminal janrındadır. Yaş məhdudiyyəti:16+

Evliliklərinin 5 illik yubileyini qeyd etməyə hazırlaşan ailənin xanımı yoxa çıxır. Mübarizə və pis silinmiş qan izləri ilə yanaşı, bu müəmmalı sirrin açılmasına ağıllı və hədsiz dərəcədə ixtiraçı olan qadının hər il əri üçün hazırladığı oyunun ip ucları kömək olur...

Rollarda yaraşıqlı Ben Afflek, Rozamund Payk, Nil Patrik Harris, Missi Payl, Kerri Kun və digər aktyorlar çəkiliblər.

Əziz kinosevərlər, filmlər və kinomərkəzdə keçiriləcək tədbirlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.