Mədəniyyət

"Müslüm Maqomayev haqqında xatirələr" filminin təqdimatı keçirildi - FOTO

30 Sentyabr 2014 16:08
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Bakıda məşhur rejissor Tofiq İsmayılovun Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi "Müslüm Maqomayev haqqında xatirələr" filminin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, T.İsmayılov jurnalistlərə deyib: "1971-ci ildə əfsanəvi müğənni haqqında "Oxuyur Müslüm Maqomayev" adlı ilk film-konsertin çəkilişindən sonra mən dahi ifaçı haqqında "10 il sonra" və "20 il sonra" filmlərini çəkmək istədim. Lakin mənim arzum bir sıra səbəblər üzündən həyata keçmədi. Bu film xoşunuza gəlsə, şad olaram. Müslüm Maqomayev daim bizim qəlbimizdə dahi ifaçı və böyük ürək sahibi kimi qalacaq".

Filmə məşhur mədəniyyət və incəsənət xadimlərinin, dahi müğənninin doğmalarının və dostlarının M.Maqomayevin unikal yaradıcılığı, həyat yolu və yüksək insani keyfiyyətləri haqqında xatirələri daxil edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.