Mədəniyyət

Əməkdar artist xəstəxanaya yerləşdirildi - VİDEO

30 Sentyabr 2014 10:44
3 Şərh     Baxış: 5 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süleyman Zeynalov deyib ki, əsəbdən ayaqları tutulub

Əməkdar artist Süleyman Zeynalov sağlamlığındakı narahatlıqlara son qoymaq üçün həkimlərə üz tutub. Eşitdiyi acı gerçək isə onu şoka salıb. Amma buna baxmayaraq sağlamlığa qovuşmaq uğrunda mübarizə aparır.

ANS TV-nin məlumatına görə, əməkdar artist Süleyman Zeynalov deyib ki, əsəbdən ayaqları tutulub.

"Bilirsiniz ki, mən həmişə 15 yaşındakı oğlan kimi olmuşam. Lakin sonra əsəbdən ayaqlarım tutulmağa başladı", - deyə Süleyman Zeynalov bildirdi.

Süleyman Zeynalov qəfil səhhətində baş verən problemlər səbəbindən həkimə müraciət edib. Müayinə zamanı isə onun onkoloji xəstəliyə düçar olduğu məlum olub.

"15 gün bundan əvvəl hər gecə titrəyirdim. Bunların hamısı əsəbdəndir. Çıldağa qədər getmişəm, sonra qaşınırdım və titrəyirdim".

Süleyman Zeynalov bizimlə müsahibədən sonra bu gün əməliyyat olunub.

Allah şəfa versin!

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.