Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında mövsümün ilk premyerası - FOTO

29 Sentyabr 2014 15:24
0 Şərh     Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 87-ci mövsümün ilk premyerası

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının 11-12-i tarixlərində 87-ci teatr mövsümünün ilk premyerasını təqdim edəcək.

Mövsümün ilk yeni tamaşası Rus Xalq nağılı əsasında səhnələşdirilmiş "Qoğalın sərgüzəştləri" adlı nağıl - müzikldır.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tamaşanın səhnə redaksiyasının müəllifi gənc yazıçı Pərvin, quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu və musiqi nömrələrinin tərtibatçısı İradə Muradovadır.

Nağıl - müziklda əsas obrazları Anar Seyfullayev (Qoğal), Ramil Məmmədov (Baba), Zülfiyyə Alhüseynova (Nənə), Elşən Şıxəliyev (Canavar), Günel Məmmədova (Tülkü), Roza İbadova (Dovşan) və başqaları ifa edəcəklər.

Musiqili, əyləncəli, eyni zamanda ibratamiz hadisələrlə zəngin müzikl kiçik yaşlı tamaşaçıları düzlüyə, prinsipiallığa səsləyir, pisi yaxşıdan ayırmaq kimi insani keyfiyyətləri aşılayır.

Tamaşa oktyabr ayının 11 və 12-də saat 12.00da nümayiş etdiriləcəkdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.