Mədəniyyət

Yazıçı Ələviyyə Babayeva dəfn olundu - YENİLƏNİB - FOTO

23 Sentyabr 2014 18:05
25 Şərh     Baxış: 11 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 Yazıçı Ələviyyə Babayeva Yasamal qəbiristanlığında dəfn olunub


18:05

Ailəsindən APA-ya verilən məlumata görə, Ə.Babayeva ilə vida mərasimi yazıçının evində olub. Sonra yazıçının cənazəsi torpağa tapşırılmaq üçün Yasamal qəbiristanlığına götürülüb.

Dəfn mərasimində xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı İlqar Fəhmi, AYB sədrinin müşaviri Rauf Aslanov iştirak edib. Ə.Babayeva vəsiyyətinə əsasən həyat yoldaşının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Ə.Babayeva bu gün səhər saatlarında öz evində dünyasını dəyişib


----------
12:39

Yazıçı Ələviyyə Babayeva vəfat edib

Yazıçının ailəsindən APA-ya verilən məlumata görə, Ə.Babayeva bu gün səhər saatlarında dünyasını dəyişib.

Ə. Babayeva ilə vida mərasimi bu gün evində keçiriləcək.

O, Yasamal qəbristanlığında həyat yoldaşının yanında dəfn olunmağını vəsiyyət edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.