Mədəniyyət

Xəzangül Hüseynova: "Gəncə ədəbi mühitinin şöhrətini geri qaytarmağa çalışacam"

20 Sentyabr 2014 16:30
Baxış: 1 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gəncə ədəbi mühiti daima şöhrəti ilə seçilib və bu şöhrəti geri qaytarmağa çalışacam". Trend-in məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilən şairə Xəzangül Hüseynova deyib.

X.Hüseynova onu bu vəzifəyə layiq bilməklə üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Qeyd edək ki, Gəncə Dövlət Universiteteində təşkil edilən tədirdə AYB-nin Gəncə bölməsinin yeni sədri ədəbi ictimaiyyətə təqdim olunub. Katibliyinin qərarı ilə bu vəzifəyə şairə Xəzangül Hüseynova təsdiq olunub.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi İlqar Fəhmin şairə Xəzangül Hüseynovanın Gəncə, o cümlədən respublikada tanınıb sevildiyini, Gəncə ədəbi mühitinin də Xəzangül xanımı qəbul etməyə hazır olduğunu bildirib: "Yazıçılar Birliyi elə təşkilatlardandır ki, onun nüfuzu orda çalışan insanların tanınmağından və nüfuzundan asılıdır. Xəzangül xanımda elə insanlardandır. Şairə uzun illərdir ki, Gəncə və Azərbaycan miqyasında tanınıb. Xaricdə və Azərbaycanda çoxlu əsərləri çap olunub. Xəzangül xanım indiki dönəmdə Gəncə ədəbiyyatını Azərbaycan miqyasında dünya miqyasında təmsil edə biləcək ən uğurlu simalardandır"

Tədbirdə çıxış Gəncə ədəbi mühitinin yazarları seçimin düzgün olduğunu, şairə Xəzangül Hüseynovanın AYB-nın Gəncə bölməsini layiqincə təmsil edəcəyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.