Mədəniyyət

Lütfəli Abdullayevin büstünün açılışı olub - VİDEO

19 Sentyabr 2014 16:38
0 Şərh     Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən I Şəki Beynəlxalq Teatr Festivalı bu gün başa çatır.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, festivalın sonuncu günü xalq artisti, dövlət mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi təntənə ilə qeyd olunub. Görkəmli gülüş ustasının adını daşıyan küçədə onun büstünün açılışı olub. Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı, şəhər rəsmiləri, xalq artistinin ailə üzvləri və qonaqlar iştirak ediblər.

Çıxış edənlər Lütfəli Abdullayevin şərəfli ömür yolundan, həyat və yaradıcılığından danışıblar. Görkəmli sənətçinin büstünün müəllifi heykəltəraş Nadir Heydərovdur. Tədbir Şəki Dövlət Dram Teatrında xalq artistinin yubiley tədbiri ilə davam edib. Festival isə bu gün Azərbaycan Dövlət Musiqili Teatrının təqdimatında Ə.Haqverdiyevin "Kimdir müqəssir?" əsərinin tamaşası ilə başa çatacaq.


Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.