Mədəniyyət

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak etdi - VİDEO

18 Sentyabr 2014 13:20
0 Şərh     Baxış: 1 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrı I Şəki Beynəlxalq Teatr Festivalında iştirak edib

Akademik Milli Dram Teatrı Şəkidə keçirilən I Beynəlxalq Teatr Festivalında iştirak edib.

Teatr festivalda milli dramaturgiyanın banisi M.F.Axundzadənin komediyası əsasında Vaqif İbrahimoğlunun quruluşunda hazırlanan "Lənkəran xanının vəziri" tamaşası ilə çıxış edib.

Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun Milli.Az-a verdiyi məlumata görə, 16 sentyabr tarixində saat 17.00-da Şəki Dövlət Dram Teatrının binasında nümayiş olunan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşada Xalq Artisti Nurəddin Mehdixanlı, Cəfər Əhmədov, Əməkdar artistlər Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, Aslan Şirinov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Elçin Əhmədov, Rada Nəsibova, Elnar Qarayev, Elnur Qədirov, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Vüsal Mustafayev və Ramin Şıxəliyev çıxış edirlər.

Kollektiv Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin xüsusi diplomları ilə təltif edilib.

18 sentyabr (sabah) saat 17.30-da Akademik Milli Dram Teatrında 142-ci teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında Teatrın cari mövsüm ərzindəki fəaliyyəti - planlaşdırılan yeni tamaşalar, beynəlxalq festivallar, qastrol səfərləri, yubiley tədbirləri haqqında geniş məlumat veriləcək, jurnalistlərin sualları cavablandırılacaq.

Mətbuat konfransından sonra - saat 19.00-da Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanan "Qarabağnamə" tamaşası ilə 142-ci mövsümünü açacaq. Hamımıza uğurlu mövsüm diləyi ilə

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.