Mədəniyyət

Allah ensəydi yerə...

16 Sentyabr 2014 20:15
17 Şərh     Baxış: 2 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kult.az-a istinadən Səkinə Qəribin şeirlərini təqdim edir. 

Allah ensəydi yerə,

ondan soruşardım,

görmüsənmi körpü altındakı zavallıları?

o axsaq oğlanı, o kor olanı?...

bəlkə çox ucadasan, ona görə görmürsən...

göstərəcəm ona soyuqdan donmuş adamları..

o əclaf insanları, xain yaratdıqlarını göstərəcəm...

cılız bir oğlan göstərəcəm ona, xəstə anasını dolandıran...

bir şəhid anası göstərəcəm,

cənnət vəd edib oğul almaq cığallıqdı...

deyəcəyəm

mən ona hər şeyi bağışlayardım bəlkə də,

küçədə ayaqqabı silən kimsəsiz uşağın göz yaşlarını görənə qədər...

***

indi mən hər səhər sərgərdan ruhumu götürüb çıxıram evdən...

tozlu ayaqqabılarımı silirəm ötəri...

saçlarımı uzatmıram daha...

batıram öz yasıma...

***

bir şəklin qalmışdı məndə,

kəsilmiş şəkillər bilir sağın-solun boşluğunu,

bir insanın yoxluğunu...

kinoya aldığımız bilet qalmışdı,

həvəssiz baxdığım o kino indi ağladır məni...

səndən qalan əşyalar

yoxluq abidəsidir indi...

birlikdə aldığımız o ketləri saxlamışam,

bir gün bərk darıxanda geyəcəm,

bilirəm, sənə gətirən yolları tanıyırlar onlar...
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.