Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il sentyabrın 18-dən 28-dək Bakıda ənənəvi Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Trend-in Heydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə, festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 tanınmış musiqiçi və kollektiv iştirak edəcək. Onların arasında Belarus Respublikasının Dövlət Kamera Orkestri, "Arirang" nəfəs alətləri kvinteti, "Avstraliyanın gənc virtuozları" ansamblı, Yevgeni Buşkov, İlya Qrubert, Aleksandr Novosyolov, Lüdmila Trifonova, Kseniya Knorre, Andris Vecumniyeks, Kasparas Uinskas, Vladimir Qromov, eyni zamanda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət xor kapellası, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri, Q.Qarayev adına Dövlət kamera orkestri, ölkəmizin tanınmış incəsənət ustaları, gənc istedadlı musiqiçilər və digərləri var.
Festivalın konsertləri Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Dövlət kamera və orqan musiqisi zalı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayon "Qarabağ" Muğam Mərkəzində keçiriləcək.
Festival çərçivəsində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərinin təşkili də planlaşdırılır.
Həmin günlərdə musiqisevərlər üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Mosartın "Fiqaronun toyu" operasının premyerası nümayiş olunacaq, Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkarımız Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş yubiley konsert təqdim ediləcək.
Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" mövzusunda elmi-praktik konfrans, "Trio-klassik" ansamblının konserti və "Muğam Ensiklopediyası"nın (rus dilində nəşri) təqdimat mərasimi də keçiriləcək.
Milli.Az
Mədəniyyət
Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
16 Sentyabr 2014 14:22
Baxış: 2 359
DİGƏR XƏBƏRLƏR
- Fərəc Qarayevin 80 illik yubileyinə həsr olunan konsert keçirilib - FOTO
- Elmir Mirzəyevin “İqor Stravinskinin "Свадебка"sı və Rus Musiqisində Arxetipik Başlanğıc” adlı mühazirəsi keçirilib - FOTO
- Əməkdar artistin sağlıq vəziyyəti açıqlandı
- "Yeddi oğul istərəm"in aktyorları 54 il sonra bir arada - VİDEO
- Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş "Xalqin mədəni sərvəti" layihəsinin təntənəli bağlaniş mərasimi Gəncədə baş tutdu - FOTO
- Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO
XƏBƏR LENTİ
- Paltaryuyanın bu iki düyməsini eyni anda basın: az adamın bildiyi özəllik
- Sağalmaz xəstəliyə düçar olan müğənni yarıçılpaq pozlar verdi - FOTO
- "Əlil insanlara pul ayrılmasın" - Seriyalı qatilin ağlasığmaz cinayətləri
- Belqorodda daha bir PUA məhv edildi
- Bu, inkişaf üçün güclü təkan olacaq - Putin
- Kadırovun naziri polisləri hədələdi: Sizi diz çökdürüb...
- ABŞ-dan İrana növbəti sanksiyalar
- Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
- Firəngiz Mütəllimova Xocalıda - FOTO
- Rusiyanın bu sektoruna sanksiyalar davam etdiriləcək
- Bu, sülhə doğru görünən addımdır - Almaniya
- Vəziyyət Ukraynanın xeyrinə dəyişmir - Kirbi
- Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”
- Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı
- Uimbldon-2023-ün qalibi boşanıb: "Alınmadı"
- COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünya səhnəsindəki əhəmiyyətini nümayiş etdirir - Yakub Koreyba
- Günün qoroskopu: Az danışın, qayğı və diqqət izharlarını artırın
- “Fəlakət”in rol aldığı türk serialında YENİ SİMALAR
- Qriqoryan Piterdəki görüşdən imtina etdi
- Avropa çempionatında oynaya bilməyəcək
- Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?
- Şoyqunun müavini rüşvətə görə saxlanıldı
- Bu ərazilərdə qaz olmayacaq
- Safuradan anası ilə bağlı paylaşım - FOTOlar