Mədəniyyət

Altıncı gün - "Ruhlar" - YENİLƏNİB - VİDEO

16 Sentyabr 2014 13:18
0 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci Şəki Beynəlxalq teatr festivalının altıncı günü axşam Lənkəran dövlət dram teatırının aktyorları səhnəyə çıxıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, onlar Eduardo De Flipenin "Ruhlar" komedyasını səhnələşdiriblər. Ruhlar tamaşasının sujet xətti çox sadədir. Burada əsas mövzu maddiyatla mənəviyyatın toqquşmasıdır.

Malikanə sahibi ruhlar barədə dolaşan şayiələr səbəbindən imarəti icarəyə verə bilmir. Şayiələrə son qoymaq üçün evi təmənnasız yeni evlənmiş cütlüyə kirayə verir. Əsərin baş qəhrəmanı Paskuale arvadı Mariya ilə bu evdə yaşayaraq şəhər sakinlərini inandırır ki, evdə heç bir ruh yoxdur. Amma ruh məsələsi Paskualenin də ürəyincə olur. O arvadının məşuqu Alfredonu ruha bənzədir.

Onunla saziş imzalayır və arvadı ilə münasibətlərini görməzdən gəlir. Əvəzində isə Alfredo ona çoxlu pul verir və rahat yaşayışla təmin edir. Ümumiyyətlə isə tamaşadakı bütün personajlar mənəviyyatlarını pula satırlar. İnsanın həyatda yerini tapması uğrunda apardığı mübarizəni əks etdirən tamaşa böyük maraqla qarşılanıb. Tamaşa başa çatdıqdan sonra Şəki şəhər İcra Hakimiyyəti adından qonaqlara xatirə hədiyyələri təqdim olunub.


Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.