Mədəniyyət

Gənc Tamaşaçılar Teatrının rejissoru Türkiyədə tamaşa hazırlayıb

15 Sentyabr 2014 19:44
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Nofəl Vəliyev Antalya Böyükşəhər Bələdiyyə Teatrında tamaşa hazırlayıb

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, o, Pərvin Ünalpın "Gec qalanlar" əsəri əsasında hazırlanmış tamaşanı türkiyəli tamaşaçılara təqdim edib.

Səhnə əsərinin işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı İhsan Kılavuz, rejissor assistenti Ruteba Tatlıdır. Tamaşada rolları teatrın aktyorları Hasibe Özgür, Hüseyn Ataf, Sencan Köymen, Sərfinaz Özgür ifa ediblər.

Teatrdan bildiriblər ki, iki ölkə arasında mədəni münasibətlərin möhkəmlənməsini təmin edən ortaq iş gələcəkdə Azərbaycan və Türkiyə teatr sənətçiləri arasında yeni layihələrin başlanğıc mərhələsidir: "Hazırda iki teatr rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində qarşılıqlı yaradıcılıq müqaviləsinin imzalanması barədə razılaşma əldə olunub. 30 illik tarixə malik Antalya Böyükşəhər Bələdiyyə Teatrı hazırladığı maraqlı səhnə əsərləri ilə bir sıra beynəlxalq festivalda uğurla iştirak edib".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.