Mədəniyyət

"Evlənmə" tamaşası səhnəyə qoyuldu

14 Sentyabr 2014 16:40
0 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci Şəki Beynəlxalq teatr festivalının dördüncü günü axşam Gəncə Dövlət Dram Teatrının kollektivi teatrsevərlərin qarşısına çıxıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, teatr kollektivi tamaşaçılarına Qoqolun "Evlənmə" pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edib.

"Evlənmə" tamaşası xoşbəxtlik uğrunda mübarizə aparan insanlardan bəhs edir. Səhnə əsərində insanların gündəlik qarşılaşdığı sosial problemlər ön plana çəkilib. Burada hadisələr dramatik, mistik, eləcə də lirik və komik səhnələrlə cərəyan edir. Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlovadır.

Tamaşada şəhər rəhbərliyi, festivalın təşkilatçı qurumlarının nümayəndələri, teatrsevərlər iştirak ediblər.

Tamaşa başa çatdıqdan sonra Şəki şəhər İcra Hakimiyyəti adından qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.