Mədəniyyət

Bəlkə, içib sevişək?

1 Sentyabr 2014 20:38
21 Şərh     Baxış: 8 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az 1937.az-a istinadən Səkinə Qəribin şeirlərini təqdim edir

Şəkildə qucaqlamışdım səni

indi şəklini qucaqlayıram

qolların şəkillərimçün darıxdımı heç?..

ötən günlərin xiffətindən saraldı şəkillərimiz

indi bu albom da xatirə dəftərimiz

nəm çəkir göz yaşından

vərəqləri...

***

Bəlkə, bizi leylək gətirdi yaralı qanadında

dünyanın çirkabına bulaşdırdı

qəddar leylək...

anamızı, atamızı da belə gətirmişdi...

bizdən əvvəlki günahkarları...

yeriyib qaça bilməyən

şikəst uşaqları da...

biz heç dimdiyində uşaq görmədik,

amma

sarımaq istədiyimiz çox oldu

yaralı leylək qanadlarını...

***

Buruq saçlı, çirkin oğlan,

Ruhu olan...

Bəlkə, içib sevişək?..

Mən qəlbimin, sən üzünün çirkinliyini unudaq...
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.