Mədəniyyət

Xalq artisti: "Müayinə olunmaq üçün yenidən Türkiyəyə gedəcəyəm"

30 Avqust 2014 16:18
0 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Müayinə olunmaq üçün sabah yenidən Türkiyəyə gedəcəyəm". Bunu APA-ya xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib.
 
Onun sözlərinə görə, hazırda səhhəti ilə bağlı ciddi şikayəti olmasa da, həkimlərin məsləhəti ilə müayinədən keçməsi zəruridir: "İşə çıxıram, sağlamlığımdan ciddi mənada şikayətim yoxdur. Şükür Allaha, yuxum, yeyib-içməyim qaydasındadır. Müayinədən keçim, görüm, həkimlər əməliyyatdan sonra ümumi vəziyyəti necə qiymətləndirirlər".
 
R.Hüseynov əlavə edib ki, Bakıya sentyabrın 4-də qayıdacaq.
 
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, ötən il dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.