Mədəniyyət

Azərbaycanlı aktrisa Türkiyədə bir neçə filmə çəkiləcək

20 Avqust 2014 15:46
0 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin bir çox məşhur serial və filmlərində çəkilən azərbaycanlı aktrisa Nəzrin Cavadzadə yeni mövsümdə üç müxtəlif ekran işi ilə kinosevərlərin görüşünə gələcək
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, aktrisa haqqında xəbərlər türk mediasının əsas gündəminə çevrilib. Belə ki, 1982-ci ildə Bakıda anadan olan Nəzrin noyabrda kənddə yaşayan bir ananın obrazını canlandırdığı, rejissor Qutluğ Atamanın "Quzu", qarşıdakı aylarda isə "Anamın mahnısı", "Son məktub" filmləri ilə ekranlara gələcək.

Qeyd edək ki, 2004-cü ildə Eyton Foksun "Su üzərində gəzinti" filmindəki epizodik rolu ilə tanınan Nəzrin Cavadzadə 11 yaşından Türkiyədə yaşayır. Camal Şanın "Dilbərin səkkiz günü" adlı ekran işi ilə məşhurlaşan N.Cavadzadə "Al yazmalım" serialı ilə yanaşı, bir çox filmlərdə çəkilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.