Mədəniyyət

"Dəli Kür"ü rəngli çəkməyə qoymayıblar - FOTO

31 İyul 2014 16:12
1 Şərh     Baxış: 5 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, AzVision.az saytının "KADRARXASI" rubrikasınnın növbəti filmi "Dəli Kür"dür.

Film yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınıb. Br il iki aya başa gələn f lm əsasən Qazaxda, Kür qırağı sahələrdə, Şamaxıda Çuxuryurdda, Dədəgünəş kəndində, bir də pavilyonlarda çəkilib.

Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi: Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla döyüş başlayır və kazaklar onu arxadan güllələyirlər. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, necə olursa-olsun bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor məcbur olur həmin səhnəni kəssin, sonda Allahyar Cahandarı öldürür, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da, kinoda onun obrazını görə bilmirik.

Ancaq filmdən çıxarılan həmin epizod qorunub saxlanılıb və kinoşünas Aydın Kazımzadə tərəfindən tapılaraq, Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.

Filmin ssenari müəllifi İsmayıl Şıxlı, rejissoru Hüseyin Seyidzadə, operator İqor Boqdanov, bəstəkar Cahangir Cahangirovdur.

Rollarda Ələddin Abbasov (Cahandar ağa), Eldar Əliyev (Rus Əhməd), Vladislav Kovalkov (Çernyayevski), Məlik Dadaşov (Molla Sadıq), Leyla Bədirbəyli (Zərnigar), Liya Eliava (Şahnigar), Zemfira Sadıqova (Mələk), Məmməd Bürcəliyev (Allahyar), Fikrət Əliyev (Şamxal), Ceyhun Mirzəyev (Osman) və başqaları çəkilib.

Filmdə "Mələk" obrazını oynayan aktrisa Zemfira Sadıqova:

- Filmə məni rejissor Hüseyin Seyidzadə dəvət etdi. Sınaq çəkilişlərində oldum, təsdiq etdilər.
Çayda paltar yuduğum səhnəni biz Qazaxda, may ayında çəkdik. Su buz kimi idi. Bütün bədənim donmuşdu. Təsəvvür edin ki, bir gün ərzində çəkilişlər bitənə kimi o suda qaldım. Axşama artıq xəstələndim, qızdırmam qalxdı. Yoldaşım - aktyor Yusif Vəliyev mənə dərman tapıb verdi, xörək gətirdilər və s. Səhəri gün yenidən çəklişə hazır oldum.

Bir də filmin köç səhnəsində təhlükəli vəziyyətə düşdüm. Çünki ata minəndə ona yazığım gəldiyi üçün yalından yapışmadım, əlimi buraxdım. Ona görə də atın üstündə dayana bilməyib, düz ayaqlarının altına yıxıldım. Bəxtimdən at ayaqlarını tərpətmədi, yoxsa məni əzəcəkdi.

Çəkilişlərimiz bir az gec qurtardi. Çünki əvvəlcə film rəngli idi. Ancaq Moskova sonradan icazə vermədi. Dedilər, ağ-qara olsun. Moskvadan bir operator gəldi, İqor Baqdanov, çox uzun müddətə çəkirdi. Bir səhnənin çəkilişində bütün günü işıq qurmaqla məşğul idi. Ümumiyyətlə, filmdən çoxlu parçalar kəsilib götürüldü. O cümlədən də, mənim böyük planda çəkilişlərim. Kinostudiyanın direktoru Adil İsgəndərov da buna narazılğın bildirdi.

Filmdə Şamxalın dostlarından birini canlandıran rejissor, aktyor Cahangir Mehdiyev:

-Şamxal roluna aktyor axtarırdılar. Buna görə də məni o rol üçün seçib apardılar. Amma çox təssüf ki , obraz üçün mənim üz cizgilərim çox cavan gəldi. O rola görə bir qədər yaşlı adam olmalı idi. Bu səbəbdən də Hüseyin müəllim belə qərara gəldi ki, məni baş rola yox, Şamxalın dostu roluna çəksin. Mən də məmnuniyyətlə çəkildim. Milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı ilə əlaqədar səhnələrin iştirakçısı oldum. Seyidzadənin qurduğu səhnələri gördüm, heyran oldum. Və özümə söz verdim ki, rejissor olsam mən də ancaq milli-mənəvi dəyərlərimizlə bağlı olan filmlər çəkəcəm. Papaqatma, "pişik-pişik oyunu" səhnələri Şamaxıda, Dədə Günəşli kəndində çəkilmişdi.

Sizə bir məqamı da danışım. Deməli, çəkiliş zamanı atları yəhərsiz, cilovsuz çapırdım. Onlar idman ataları idi, idman cəmiyyəti gətirmişdi. Mən də idmançı adam, gəşəng də at çapıram. Rejissor tapşırıq verdi ki, bəs iki saatdan sonra atlar Çuxuryurddan Dədəgünəşə gətirilsin. Atların məşqçisi getdi onları gətirməyə. Dedim, olar mən də gedim? Dedi, hə, sən də get.

Məşqçinin atları yəhərləməsi uzun çəkdi, dedim ki, yekə kişisən, mən bu atları yəhərsiz də minərəm. Sən demə atları da iki gün çölə çıxarmayıblar, adaptasiya olmaları üçün bir neçə saat lazımdır. Mənim də xəbərim yox, mindim, başladım çapmağa. Özü də cilovsuz və yəhərsiz çapırdım. Əvvəlcə çapdıqca mənə ləzət etdi. Sonra gördüm ki yox e, at sürətlə gedir, mən də yorulmuşam, istəyirəm saxlayım. Ancaq nə qədər edirəm, dayanmır. At get-gedə dağın zirvəsinə qalxır. Artıq onu idarə edə bilmirəm. Dedim, vəssalam, həyatımın sonu çatıb. Risk edib özümü atdan yerə atdım. Sıldırım qayaya 20 metr qalmışdı. Bəxtimdən qabaqda bir ot tayası var idi, gedib üstünə düşdüm. At isə baş alıb getdi. Onu 6 saatdan çox axtardılar. Çəkiliş qaldı,rejissor da mənə elə şifahi bir töhmət etdi. Dedim ki, mən at sürə bilirdim, sadəcə, bilmirdim ki, bu idman atlarını cilovsuz sürmək olmaz.

"Ayna/Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı isə filmdə çəkilərkən çox balaca olmasına baxmayaraq, bir çox məqamları xatırlayır:

- Filmin ssenari müəllifi atam idi deyə, mən bir çox səhnələrin çəkilişində iştirak etmişəm. Özümün çəkildiyim epizod isə kinostudiyanın pavilyonunda olub. Orada mollaxanadakı səhnə çəkilirdi.

çəkiliş zamanı rəhmətlik Hüseyin Seyidzadə atamla birlikdə gəldiyimi görüb dedi ki, bu uşağı aparın tez qrimləyin. Mənim də o vaxt 12 yaşım var idi. Apardılar qrimlədilər, palatrımı dəyişdilər. Kütləvi səhnə üçün Həsən müəllim hərəyə öz tapşırığını verdi. Mənə də dedi ki, `motor` deyilən kimi qaçarsan hoppanarsan divaradakı rəfin üstünə, kamera sənin üstünə gələndə "əqrəb-əqrəb" deyə qışqırarsan. Mən də necə demişdi, elə də etdim. Həmin səhnə Həsən müəllimin çox xoşuna gəldi.

Mollaxana səhnəsində yadımda qalanlardan biri də aktyor Qorxmaz Əlilinin oynadığı epizodik rol idi. Deməli, mollaxanda vəlvələ düşür. Uşaqlar `əqrəb-əqrəb` deyə ora-bura qaçırlar. Bu zaman uşaqlardan biri lampanın üstünə çıxıb oradan asılı qalır. Bax, o uşaq Qorxmaz Əlili idi. "Dəli Kür"də onun atası Molla Sadığın köməkçisi rolunu oynayırdı.

Seminariya səhnələrinin bir hissəsini Qazaxda çəkirdilər. Mən də bir qurup aktyorla ora gedəsi oldum. Aktyorların içində rəhmətlik Ceyhun Mirzəyev də var idi. Yadınızdadırsa, "Dəli Kür"də Kipianini kazaklar gəlib aparanda Osman obrazını oynayan Ceyhun Mirzəyev həyətdəki həyəcan zəngini vurur. Kazakları oynuyanların böyük qismi isə rayon camaatı idi. Onları geyindirmişdilər. Həmin səhnə çəkilən zaman Ceyhun Mirzəyev dartınır, onların əlindən sivişib çıxır, ikinci dəfə zəngi çalmağa başlayır, sonra bir də onu tuturlar. Onu bilirəm ki, Ceyhun həmin rolu o qədər təbii oynamışdı ki, `kazaklar` - yəni kənd camaatı da ona qoşulub həmin templə oynayırdı. Yəni əməlli-başlı güləş kimi alınmışdı. Dubullardan sonra Ceyhunun qolu əzilmişdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.