Mədəniyyət

Nizami Kino Mərkəzində yeni filmlər başlanıb - FOTO

31 İyul 2014 15:13
Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami Kino Mərkəzində iyulun 31-dən etibarən 3D formatında çəkilmiş "Qalaktikanın mühafizəçiləri" və "Qiyamət gecəsi 2" adlı filmlərin nümayişinə başlanıb.
 

"Qalaktikanın mühafizəçiləri" filmini rejissor Ceyms Qann fantastika və döyüş janrında çəkib.
 

Cəsur səyahətçi Piterin canını qurtarmaq ücün yeganə yolu dörd qaçaqla Fişəng ləqəbli döyüşkən yenot, insanabənzər ağac Qurt, təhlükəli Qamora və Qənim kimi tanınan qisasçı Draksla birləşməkdir. Oğurlanmış artefaktın gücünü və kainat üçün təhlükəsini dərk edən Piter Kvill həlledici döyüşə təsadüfi tanışlarını toplamaq üçün hər şeyə hazırdır.
 

Filmdə Kris Pett, Zoi Saldana, Karen Qillan, Bredli Kuper, Deyv Batista, Vin Dizel və başqaları çəkiliblər.
 

"Qiyamət gecəsi 2" filmi ABŞ kinematoqrafçılarının istehsalıdır. Rejissor Ceyms DeMonako bu filmi triller, qorxu və döyüş janrında çəkib.
 

Cinayət və müharibələr olmayan ideal bir dünya ildə bir dəfə anarxiya ilə əvəz olunur. Həmin gecə bütün cinayətlər qanunidir. Həmin gecə kimlərsə qisas almaq istəyir, kimlərsə şənlənir çoxları isə səhərə sağ çıxmaq üçün mücadilə edir...
 

Rollarda Frenk Qrillo, Maykl K.Uilyams, Kile Sançes, Zak Qilford, Emi Paffrat, Kortni Palm, Karmen Ecoqo, Edvin Xoc, Nikolas Qonsales, Leykit Stenfild və başqa aktyorlar çəkiliblər.

Əziz kinosevərlər filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.