Mədəniyyət

Türkiyənin tanınmış opera ifaçısı Azərbaycanda konsert verəcək - FOTO

31 İyul 2014 13:36
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda fəaliyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə konsert verəcək

Oya Ergünü konsertində pianoda onunla Hollandiyada təhsil alan və Amerikada yaşayan dünyaca məşhur orqanist Cəmilə Cavadova-Spitsberq müşayiət edəcək.

Milli.Az-ın məlumatına görə, konsert avqustun 2-si Alman-Azərbaycan mədəniyyət birliyi "Kapellhaus"da saat 19:00-da baş tutacaq.

Onu da deyək ki, "Barokko Ariyalar Axşamı" adlı konsertdə Oya Ergün və Cəmilə Cavadova Monteverdi, Kaççini, Skarlatti, Sesti, Bax, Handel, Kaldanra, Qlukin kimi məşhur bəstəkarların musiqilərini səsləndirəcəklər.

Məlumat üçün bildirək ki, Oya xanım barokko musiqisi mövzusunda ayrıca təhsil alıb və Avropanın bir çox şəhərində barokko operalarında baş rol oynayıb.

Eyni zamanda, Ergün barokko, fleyta ailəsində alto, soprano və sopranino fleyta ilə də ifa edir. İfaçı konserti zamanı repertuarında bu alətlərə də yer verəcək.

Qeyd edək ki, konsertdə Türkiyənin Azərbaycan səfiri Alper Coşkun və digər ictimai xadimlər iştirak edəcəklər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin
.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.