Mədəniyyət

Yuval Şapiro: "Tamaşaçılar Qəbələ festivalını hər zaman xatırlayacaq"

30 İyul 2014 15:19
Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tamaşaçılar Qəbələ festivalını hər zaman xatırlayacaq"

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, beynəlxalq müsabiqələr laureatı, İsrailin nəfəs alətləri kvintetinin üzvü Yuval Şapiro AzərTAc-a müsahibəsində deyib.

Festivalın təşkilatçılığını yüksək qiymətləndirən Yuval Şapiro bu möhtəşəm incəsənət bayramında görkəmli sənət adamları ilə birgə konsert verməyin özü üçün böyük şərəf olduğunu vurğulayıb.

Qəbələni Qafqazın İsveçrəsi adlandıran istedadlı musiqiçi festivala dəvət aldığı üçün təşkilatçılara minnətdarlığını bildirib.

Y.Şapiro deyib: "Bu gözəl məkanın insanları çox səmimi, qonaqpərvərdirlər. Sizin musiqiçilərlə tanış oldum, yeni dostlar qazandım. Qəbələyə ilk gəlişimdir və bu günləri heç vaxt unutmayacağam. Gözəl təbiəti olan Qəbələdə klassik musiqi insanda xoş ovqat yaradır. Qəbələ festivalına uzun illər və böyük uğurlar arzulayıram. Burada musiqinin müxtəlif janrları təbliğ olunur. Konsertimiz gözəl keçdi və musiqi duyumu yüksək olan auditoriyanın bizə isti münasibətindən çox məmnun qaldıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.