Mədəniyyət

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera musiqi axşamı

30 İyul 2014 15:07
Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni bir ənənənin təməli sayılan, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsində, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

AzərTAc xəbər verir ki, iyulun 28-də festivalın proqramına uyğun olaraq "Qafqaz Resort" otelində təqdim edilən növbəti kamera musiqisi axşamında İsrailin nəfəs alətləri kvinteti çıxış edib.

Kamera musiqisi axşamında klassik Qərb bəstəkarlarının əsərlərindən nümunələr təqdim olunub.
Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Avqustun 1-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər çıxış edəcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.