Mədəniyyət

Hazel Spence: "Azərbaycanda klassik musiqiyə yüksək qiymət verilir"

30 İyul 2014 15:15
Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda klassik musiqiyə yüksək qiymət verilir

Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrin əhəmiyyəti misilsizdir.

Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalının izləmək üçün Böyük Britaniyadan gəlmiş xanım Hazel Spence AzərTAc-a müsahibəsində deyib.

H.Spence dünya bəstəkarlarının klassik əsərlərinin səsləndirildiyi, eləcə də tanınmış musiqiçilərin qatıldığı bu möhtəşəm müsabiqənin təşkilatçılığını yüksək qiymətləndirib.

Hazel Spence deyib: "Bu festival gənc olmasına baxmayaraq, ilbəil daha çox musiqiçiləri ətrafına toplayır. Bu həm də festivalın keçirildiyi məkanla bağlıdır. Azərbaycan elə bir təbiətə malikdir ki, burada qış festivalları da keçirilə bilər. Qəbələ, Lənkəran, Şəkidə belə bir möhtəşəm festivalların keçirildiyini eşitmişəm. Bu, festival olmaqla yanaşı, həm də möhtəşəm musiqi bayramıdır. Burada Azərbaycandan olan köhnə dostlarımı da gördüm. Azərbaycanlıların çox qonaqpərvər və istiqanlı olması, eyni zamanda, Qəbələnin gözəl təbiəti məni valeh etdi. Bu yerlərin təbiəti musiqi ilə vəhdət təşkil edir. Mən burada misilsiz musiqini dinləməklə yanaşı, həm də istirahət edirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.