Mədəniyyət

Gil Şohat: "Qəbələnin gözəlliyi məni valeh etdi"

30 İyul 2014 14:36
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qəbələnin gözəlliyi məni valeh etdi. Təbiətin qoynunda Yohannesburq Filarmonik Orkestri ilə çıxış etmək hər bir musiqiçi üçün böyük fəxrdir".

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uğurla davam edən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Artur Rubinşteyn Cəmiyyətinin mükafatına layiq görülmüş, israilli pianoçu Gil Şohat AzərTAc-a müsahibəsində deyib.

VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkilatçılığını yüksək qiymətləndirən Gil Şohat bu mötəbər tədbirdə çıxış etmək üçün yaradılan şəraitə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.

Azərbaycana artıq ikinci dəfə səfər etdiyini bildirən məşhur pianoçu ölkəmizin İsraillə siyasi, iqtisadi mədəni əlaqələrinin və digər sahələrdə əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb.

Görkəmli musiqiçi deyib: "Qəbələ Beynəlxalq Musiqi Festivalına artıq dünyada böyük maraq yaranıb. Festival çərçivəsində keçirilən konsertimizdən böyük zövq aldım. Düşünürəm ki, mənim ifam tamaşaçılara xoş təsir bağışladı. Festival müddətində konsertlərdəki repertuarım çox zəngindir. Qəbələnin dağlıq ərazidə yerləşməsi məni daha ilhamla çıxış etməyə ruhlandırır. Bura həqiqətən heyrətamiz və sehrlidir. Qəbələnin insanları səmimi və qonaqpərvərdirlər. Milli mətbəx nümunələrinizi çox sevdim. Dünyanın tanınmış orkestrləri bura toplaşıblar. Bu da bu mötəbər incəsənət bayramının beynəlxalq aləmdə getdikcə artan nüfuzundan xəbər verir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.