Mədəniyyət

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı "Euronews" telekanalında - VİDEO

30 İyul 2014 14:04
Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
AzərTAc bildirir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Qəbələdə keçirilən Beynəlxalq Festival artıq Azərbaycanın hüdudlarından kənarda geniş şöhrət qazanmış, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Milyonlarla tamaşaçı auditoriyası olan populyar "Euronews" telekanalında yayımlanmış reportaj da festivala böyük maraq olduğunu təsdiq edir.

Süjetdə bildirilir ki, Qafqazın ən gözəl bölgələrindən biri olan 2500 yaşlı qədim Qəbələ şəhəri hər il dünyanın 200 musiqiçisini bir araya toplayıb tamaşaçılara musiqi "ziyafəti" verir.

Reportajda VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylinin də fikirləri yer alıb. O da bildirilir ki, festivalda ən diqqət çəkən çıxışlar arasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Yohannesburq Simfonik Orkestri  və "Kiyev Solistləri" Kamera Orkestri xüsusilə fərqlənir.

Festival çərçivəsində təşkil olunan muğam axşamlarının da tamaşaçılara unudulmaz anlar bəxş etdiyi süjetdə xüsusi vurğulanır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.