Mədəniyyət

Əməkdar artist fəryad qopardı: "Xahiş edirəm, yardım edin. Ölmək istəmirəm" - FOTO

29 İyul 2014 16:40
3 Şərh     Baxış: 3 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Səlmanovanın vəziyyəti yenidən ağırlaşıb. Bu barədə lent.az-a aktrisanın yaxınları məlumat verib: "Gülnar xanımın vəziyyəti ağırdır. Onu Sabunçu xəstəxanasına yerləşdirmişik. Özünü çox pis hiss edir. Dializ olunmalıdır".

Lent.az-ın əməkdaşı daha sonra G.Salmanovanın özü ilə əlaqə saxlayıb. Danışmaqda çətinlik çəkən aktrisa isə vəziyyəti barədə bu sözləri deyib: "Yaxşı deyiləm, oğlum. Mənə kömək edin. Hər gün daha da pis oluram. Mənim bu halımla maraqlanan heç kimsə olmayıb. Çox xahiş edirəm, mənə yardım edin. Ölmək istəmirəm".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.