Mədəniyyət

Tatyana Şafran: "Qəbələ festivalında Azərbaycan musiqisinin ecazkarlığının bir daha şahidi oldum"

29 İyul 2014 14:08
Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada getdikcə məşhurlaşan Qəbələ festivalında Azərbaycan musiqisinin ecazkarlığının, xalqınızın yüksək qonaqpərvərliyinin bir daha şahidi oldum

Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, müxtəlif beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Tatyana Şafran AzərTAc-a müsahibəsində deyib. Qəbələ Musiqi Festivalının konsertlərinə dəvət aldığı üçün özünü son dərəcə xoşbəxt saydığını söyləyən Tatyana Şafran belə mötəbər tədbirlərin keçirilməsinin qardaş uğuru olduğunu qeyd edib.

Ukraynalı pianoçu burada dağların, gözəl təbiətin insana xüsusi bir ovqat bəxş etdiyini, bu gözəl diyarın klassik musiqi səsləndirmək üçün ideal məkan olduğunu bildirərək deyib: "Çıxışımı uğurla başa vurdum və ən böyük qazancım musiqisevərlərin alqışları oldu. Buradakı çıxışım bir yenilik idi. Şübhə etmirəm ki, bir müddət sonra bütün dünya ictimaiyyəti Qəbələ Festivalının uğurlarından danışacaq".

Tatyana Şafran bu beynəlxalq festivalın əhəmiyyətini yüksək qiymətləndirərək füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada keçirilən gözəl musiqi bayramının yerli sakinlərlə yanaşı, xarici qonaqlara da unudulmaz anlar yaşatdığını xüsusilə vurğulayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.