Mədəniyyət

"Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etdiyimə görə xoşbəxtəm"

24 İyul 2014 14:02
Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etdiyimə görə xoşbəxtəm. Bu festivala pianoçu kimi qatılmağım mənim üçün karyera baxımından çox vacibdir.

Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu, Polşa Respublikasının fəxri diplomuna layiq görülmüş, əməkdar artist Nərgiz Əliyarova AzərTAc-a müsahibəsində deyib.

N.Əliyarova bu festivalın ərsəyə gəlməsində müstəsna xidmətləri olan, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirib.

O, Qəbələ Beynəlxalq Musiqi Festivalının Azərbaycanın mədəniyyətinin dünyada təbliğ baxımından ən yaxşı vasitə olduğunu qeyd edərək deyib: "Artıq Qəbələ əyalət şəhərindən milli və klassik, Şərq və Qərb musiqisinin həmahənglik təşkil etdiyi beynəlxalq mədəniyyət mərkəzinə çevrilir. Bu festival günlərində Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin eyni şövqlə səsləndirilməsi, gənc ifaçılarla dünya şöhrətli musiqiçilərin eyni səhnəni bölüşmələri buna əyani sübutdur. Burada klassik və kamera musiqisinin səsləndirilməsi hamıda xoş ovqat yaradır. Mən festivalda çox zəngin olan, insanları daim heyrətləndirən və dünyada özünəməxsusluğu ilə seçilən Azərbaycan musiqisinin yerli və xarici ölkə tamaşaçıları tərəfindən böyük maraqla qarşılandığının bir daha şahidi oldum".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.