Mədəniyyət

Qəbələ VI Beynəlxalq Musiqi Festivalının builki proqramı çox zəngindir

24 İyul 2014 12:18
Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Builki festivalın proqramı çox zəngindir. Festivalda bir-birindən maraqlı konsertlər olacaq və müxtəlif janrlarda musiqi əsərləri səsləndiriləcək. Düşünürəm ki, Qəbələ VI Beynəlxalq Musiqi Festivalı haqqında hələ çox danışılacaq.

Bu sözləri Qəbələ VI Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli AzərTAc-a müsahibəsində deyib.

Fərhad Bədəlbəyli konsertlərdə Rusiya, Türkiyə, Cənubi Afrika Respublikası, ABŞ, Kanada, İsrail və Avstriyanın müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarların və məşhur kollektivlərin iştirak edəcəyini bildirib.

F.Bədəlbəyli festivalda simfonik və kamera konsertlərinin, muğam gecəsinin, caz axşamlarının musiqisevərlərə dünya musiqisinin zənginliyini duymağa imkan verəcəyini qeyd edib.

Azərbaycanın füsunkar guşələrindən olan Qəbələnin ənənəvi beynəlxalq musiqi festivalına ev sahibliyi etdiyini bildirən F.Bədəlbəyli burada səslənən musiqinin yerli əhaliyə unudulmaz anlar bəxş edəcəyini, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağını əminliklə söyləyib. O, festival çərçivəsində bir çox maraqlı təqdimatların da keçiriləcəyini bildirib.

Fərhad Bədəlbəyli Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran bu möhtəşəm musiqi bayramının təkrarolunmaz dəst-xəttinin olduğunu qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.