İyulun 23-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramının - VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu.
AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynamış Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxundu.
Məktubda deyilir:
"Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi - VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətin mövcud olduğu Azərbaycanda tamamilə bənzərsiz bir mədəni məkan formalaşmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Nüfuzu ildən-ilə artmaqda olan və hər il dünyanın ayrı-ayrı ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı da artıq milli mədəniyyətimizin tarixində ənənəyə çevrilmiş musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk.
Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram".
Daha sonra mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamladılar və festivalın işinə uğurlar arzuladılar.
Bildirildi ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.
Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə beynəlxalq musiqi festivallarının keçirilməsinin artıq gözəl bir ənənəyə çevrildiyi xüsusi vurğulandı. Qeyd edildi ki, hər il festivalın davam etdiyi günlərdə Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, Azərbaycan muğamları ifa olunur.
Diqqətə çatdırıldı ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə həmişə fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir.
Sonra açıq havada qurulan səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti oldu.
Konsertdə Xəyyam Mirzəzadənin "Səməd Vurğun poemasına illüstrasiyalar", Volfqanq Amadey Mosartın "Alleqro", Qara Qarayevin "Alban rapsodiyası" və digər tanınmış azərbaycanlı və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirildi.
Konsertdə skripkada Kamran Ömərli, pianoda Əməkdar Artist Gülşən Ənnağıyeva çıxış etdilər. Festivalın ilk konserti Xalq Artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayev dirijorluğu ilə təqdim olundu.
Avqustun 1-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Mədəniyyət
Mehriban Əliyeva: "Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq milli mədəniyyətimizin tarixində ənənəyə çevrilmiş musiqi bayramıdır" - FOTO
24 İyul 2014 12:01
Baxış: 1 099
DİGƏR XƏBƏRLƏR
- Elçin Əzizov: Mənim üçün, xüsusən də vətəndə çıxış etmək həmişə həyəcanlıdır - FOTO
- “CineMastercard” kinoteatrında “Arap Kadri” türk komediyası nümayiş etdiriləcək
- Gənc Tamaşaçılar Teatrının may repertuarı - FOTO
- Disney dünyası şam işığında. Mystery Ensemble
- Süleyman Ələsgərova həsr olunmuş "Xalqin mədəni sərvəti" layihəsi davam edir - FOTO
- Fidan Hacıyeva Beynəlxalq Opera Festivalının proqramı təqdim olunub - FOTO
XƏBƏR LENTİ
- 48 yaşlı Nurgüldən iddialı pozlar - FOTO
- Nəsrinin bu FOTOları gündəm oldu
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Hikmət Hacıyev COP29-dan danışdı: "Cəsarətimizin təcəssümüdür" - FOTOlar
- Pişiyin yaşadığı evdə bu 3 şeyi etməyin: Peşman olacaqsınız
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- Bakıya qarşı provokativ suala İran səfirinin cavabı
- Ərdoğan təsdiqlədi: Ərbilə səfər edəcək
- Rusiya müharibəyə bu gün son qoya bilər - G7
- Sloveniyadan vətəndaşlarına İranla bağlı xəbərdarlıq...
- Könül Həsənova icra başçısının müavini təyin olundu
- "Hudutsuz sevda"ya vida etdi - FOTO
- Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
- ÇL-də həftənin ən yaxşısı açıqlandı
- Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı
- Ermənistanın ərazisi İranın daha “qırmızı xətti” deyil? – Səfir
- Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov
- Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı