Mədəniyyət

Azərbaycanlı aktrisa: "Elə kişini evdə saxlamaram"

22 İyul 2014 19:50
2 Şərh     Baxış: 2 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kübra Əliyeva: "Arvad çörəyi ayrı bir şeydir"
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün "5/5" verlişində qadın hesabına yaşayan kişilərdən danışılıb. Verilişin qonaqları sırasında studiyaya təşrif buyuran tanınmış aktrisa Kübra Əliyeva mövzu ilə bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib:

"Kim sevər elə kişini?! Elə kişini evdə saxlamaram. Qadın əməyini israf etməzlər. Belə kişilərə alfons deyirlər. Yeni ailə qurublar tutaq ki, oğlan hələ gəncdir, əli çörəyə çatmayıb. Qız evinin imkanı yaxşıdır amma. Mən bunun da əleyhinəyəm. Arvad çörəyi ayrı bir şeydir, Allah heç bir kişiyə qismət eləməsin. Bu qadınlarla kişilərin hüquqları bərabərlşəndən belə şeylərin sayı daha da çoxaldı. Çünki qadınlar o vaxtdan kişilərlə bərabər başladılar tikintidən tutmuş hər işdə işlədilər.

Vay o gündən ki, qadının pulu çox olur. Oğlanı maddi cəhətdən təmin edir, evlənir, 2 uşaq da doğandan sonra deyir ki, "atamın pulu ilə adam olmusan".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.