Mədəniyyət

Alim Qasımov erotik səhnədən danışdı

24 Aprel 2014 15:28
0 Şərh     Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Alim Qasımov "Qatil" tamaşası ətrafında yaranmış qalmaqal haqda ilk dəfə danışıb
Bu barədə aznews.az-a açıqlama verən sənətkar yazılanların yanlış olduğunu bildirib: "Mən burada olmayanda haqqımda yazılanlardan danışma. Heç mən də danışmaq istəmirəm. Çünki hamısı səhvdir. Qardaş, bu, öz aramızda olan bir söhbət idi. Sən dostlarınla oturanda nə iş görürsünüz? Təbii ki, özünüzə aid olan söhbətlər edirsiniz də. Ona görə deyirəm ki, bu söhbəti bağladıq".

Qeyd edək ki, bütün bu söz-söhbətlər Mehriban Ələkbərzadənin səhnələşdirdiyi "Qatil" tamaşası ətrafında baş vermişdi. Belə ki, aktyor-rejissor şeyx Əbdül Mahmudbəyovla tamaşaya baxmağa gələn Alim Qasımovun səhnə əsərindəki erotik hissələrə etiraz edərək tamaşa zalını tərk etdiyi bildirilirdi. Bu isə tamaşa rejissorunun və teatr rəhbərliyinin narazılığına səbəb olmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.