Mədəniyyət

Dahi muğam ustadımızın 125 illiyi qeyd olunacaq

24 Aprel 2014 14:03
1 Şərh     Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərasim Beynəlxalq Muğam Mərkəzində baş tutacaq

Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində dahi muğam ustadı Seyid Şuşinskinin anadan olmasının 125 illik yubiley tədbiri keciriləçək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə düzənlənir.

Xan Şuşinski Fondunun prezidenti Bəyimxanın Verdiyevanın ailem.az-a verdiyi məlumata görə, gecədə tanınmış tarzən, xalq artisti Fikrət Verdiyevin müşayiəti altında məşhur sənətkarlar çıxış edəcək, Seyid Şuşinski haqda xatirələrini bölüşəcəklər.

Tədbirin aparıcısı professor İlham Rəhimlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.