Mədəniyyət

Bakıda "Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi" adlı italyan sərgisi açılacaq

24 Aprel 2014 13:07
Baxış: 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 26-da Müasir İncəsənət Muzeyində "Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi" adlı italyan sərgisi açılacaq

Trend Heydər Əliyev Fondunun saytına istinadən xəbər verir ki, sərgi Kapri Fondunun Heydər Əliyev Fondu və Müasir İncəsənət Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.

Kapri Fondu 2009-cu ildə sahibkarlar qrupu və yerli hökumət orqanları tərəfindən Kapri adasının inkişafı məqsədilə yaradılıb. O, fəaliyyətinin 5 illiyinə həsr olunan "Kapri Trend" adlı ilk sərgisini 5 müxtəlif ölkədə təqdim edəcək.

Sərgidə məşhur italyan fotoqrafları Ferdinando Skianna, Olivo Barbyeri, Mauritsio Qalimberti, Françesko Codise və İrene Kunin 30-a yaxın əsərləri nümayiş olunacaq.

Sərgi mayın 31-dək davam edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.