Mədəniyyət

Nizami Kino Mərkəzində "İnanılmaz hörümçək adam 2" filminin nümayişi başlanacaq

24 Aprel 2014 12:52
Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 24-dən etibarən Nizami Kino Mərkəzində "İnanılmaz Hörümçək-adam 2 " filminin 3D formatda nümayişi başlanır.

Rejissor Mark Uebbin ekşn, fentezi, məcəra janrında ekranlaşdırdığı filmdə baş qəhrəmanın obrazını Endrü Qarfild canlandırıb.

Hörümçək-adam cildinə girmiş Piter Parker yenə dünyanı pis adamlardan xilas etməkdədir. Bununla yanaşı, boş vaxtını sevdiyi qız Qven ilə keçirir. Amma məktəb həyatı sona çatmaqdadır və onlar müstəqil həyatın astanasındadırlar. Piter Qvenin atasına verdiyi sözü də unutmayıb. Qvenin həyatını təhlükəyə atmamaq üçün onu həmişəlik tərk etməlidir, amma bu sözü tutmaq o qədər də asan deyil. Tale Piterə yeni sürprizlər hazırlamaqdadır: onun yoluna yeni düşmən-Elektro çıxır və qarşısına çıxan köhnə tanışı Qarri Ozborndan ailəsinin keçmişi haqqında maraqlı şeylər öyrənir.

Film türk və rus dillərində nümayiş olunacaq.

Filmdə Emma Stoun, Deyn DeXaan, Ceymi Foks, Kolm Fior və digər aktyorlar çəkilmişlər.

Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.