Mədəniyyət

"Мilli filmlərin pulsuz nümayişi layihəsi" tələbələrin marağına səbəb olub - FOTO

24 Aprel 2014 13:39
Baxış: 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Azərbaycan Dövlət Neft Akademiyasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri aprelin 22-23 və 24-də Nizami Kino Mərkəzində "Dərvişin qeydləri" filminə baxıblar.

Filmdən sonra Polis Akademiyasının əməkdaşı, polis-mayoru Osman Vəliyev bildirib ki, bu gün ölkəmizdə kino sənətinin inkişafına dövlət tərəfindən xüsusi qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, paytaxtın Nizami Kino Mərkəzi milli filmlərə olan böyük marağı nəzərə alaraq bu layihəni reallaşdırır. Bu filmlərdə əks olunan milli dəyərlərdən gənclər bəhrələnirlər.

Tələbələr rejissor Eldar Quliyevin lentə aldığı "Dərvişin qeydləri" filmini bəyəndiklərini və belə layihələrin davamlı olmasını arzulayıblar.

Xatırladaq ki, bu ekran əsəri Nizami Kino Mərkəzinin "Milli filmlərin pulsuz nümayişı" layihəsi çərçivəsində göstərilir.

Nizami Kino Mərkəzi ali və orta təhsil ocaqlarından filmlərə qrup şəklində gəlib baxmaq istəyən tələbə və şagirdlərin istəyini nəzərə alaraq seansların sayını artırıb.

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.