O, İradə Tuncaydır. Böyük şair Məmməd Arazın qızı, yazıçı Aqil Abbasın həyat yoldaşı. Amma heç zaman bu adların kölgəsində qalmadı, öz istedadı və bacarığı ilə tanındı."O.."nun qonağı İradə Tuncaydır
Milli.Az ailem.az-a istinadən xəbər verir ki, "O.." layihəsinin bu dəfəki qonağı "Ədalət" qəzetinin baş redaktoru, yazıçı İradə Tuncaydır.
- Sevgi, ya qarşılıqlı hörmət?
- Bunlar fərqli kateqoriyalardı. Hər halda mənim üçün.
- Subaylıq, yoxsa evlilik?
- Elə bir fərq görmürəm. Öz prizmamdan baxaraq deyim ki, hər iki halda çəkdiyini çəkirsən.
- Bir uşaq, ya çox uşaq?
- Nə qədərini sevməyə gücün varsa...
- Qayınana, ya gəlin?
- Kim hansından yarıyıbsa.
- Övlad, ya nəvə?
- Övlad.
- Ana İradəTuncay, yoxsa nənə?
- Ana. Mən klassik nənə obrazına uyğun gəlmirəm. Amma ana kimi özümdən arxayınam.
- Şair qızı, yoxsa yazıçının həyat yoldaşı?
- Hansı daha xoş olub deyə soruşursunuzsa, heç biri deyirəm.
- Tək arvadlılıq, yoxsa çoxarvadlılıq?
- İyrənc bir şeydi poliqamiya.
- Evdə qadının, ya kişinin sözü?
- Görüntü olaraq çox yerdə kişinin sözü keçir kimi görünür. Baxır hansı məsələlərdə. Bunu prinsipə çevirmək lazım deyil məncə.
- Muğam, ya pop?
- İnsanın ruh halına bağlı. Muğama çox qulaq asmıram.
- Qadın, yoxsa kişi sürücü?
- Professional sürücü.
- Evdə, yoxsa restoranda romantik yemək?
- Evdə nə romantika?
- Qışda, yoxsa yayda tətil?
- Yayda gəzməyi sevirəm.
- Kənd, ya şəhər?
- Şəhər, təbii. Hərdən kəndə getmək şərti ilə.
- Yeni il, yoxsa Novruz bayramı?
- Könlündəki bayram.
- Bişirmək, ya yemək?
- Yemək. Amma özüm kimi heç kəs bişirə bilmir. Zövq ala bilmirəm yeməklərdən.
- Pəhriz, ya nə gəldi yemək?
- Çoxdan pəhriz saxlamıram. Amma olub.
- Bağışlamaq, yoxsa nifrət?
- Baxır situasiyaya.
- Real dostlar, yoxsa "Facebook" dostlarınız?
- Son illər virtual dostlar ön plandadır
.
- Sizin qayğınız, yoxsa sizə qayğı?
- Hardadı mənə o qayğı? Görsəniz, xəbər eləyin.
- Sizin maaşınız, yoxsa həyat yoldaşınız maaşı?
- Mən maaş almıram.
- Hədiyyə, yoxsa bir söz yetər?
- Diqqət.
- Kitab, ya jurnal?
- Kitab. Onun ruhu var.
- Film, yoxsa serial?
- Film. Məsələn, "İngilis pasient", "Dogvil".
- "Dolu" romanı, yoxsa "Dolu" filmi?
- Ayırmıram.
- Fellininin "Yol" filmi, yoxsa İradə Tuncayın "Yol" romanı?
- İtaliyada yaşasaydım, "İradənin yolu"...
- "Möhtəşəm yüz il", yoxsa "Kurtlar vadisi"?
- Hərdən "Möhtəşəm yüz il"ə baxıram.
- Teatr, ya kinoteatr?
- Heç biri.
- Sonda olum, ya ölüm?
- Mən bir xoşbəxt kəpənəyəm, yaşasam da, ölsəm də, olacam hər zaman...
Milli.Az