Mədəniyyət

KİV nümayəndələri "28 Cinema"da

23 Aprel 2014 17:38
Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kinoteatr jurnalist və bloqqerlər üçün "Jiqolo maskası altında" filminin öncədən nümayişini keçirib.

Aprel ayının 23-də yerli media nümayəndələri Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema"da olublar. Buna səbəb kinoteatrın jurnalist və bloqqerlər üçün öncədən nümayiş təşkil etməsi olub. Tədbir çərçivəsində KİV nümayəndələri mövsümün gözlənilən filmlərin olan "Jiqolo maskası altında" filmini izləyiblər.
 

Baş qəhrəman Vudi öz varlı olmayan dostuna maraqlı biznesdə - imkanlı qadınlarla eşq oyunlarında sutenyor xidmətləri təklif edir. İşlərin yağ kimi getdiyi halda, bır sıra gülməli və biabırçı uğursuzluqlardan sonra məlum olur ki, onlar məhəbbət və pul axınının əksinə üzürlər.
 

Qeyd edək ki, "Jiqolo maskası altında" film aprel ayının 24-dən etibarən "28 Cinema"da nümayiş olunmağa başlayacaq.
 

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.azrəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
 

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.