Mədəniyyət

Dilarə Kazımova Moskvada çıxış edəcək

20 Aprel 2014 17:50
0 Şərh     Baxış: 1 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın "Eurovision-2014" mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova aprelin 20-də Moskvada müsabiqədən əvvəl keçirilən ənənəvi gecədə çıxış edəcək. Rusiya paytaxtı Dilarənin Avropa promo-turu çərçivəsində səfər etdiyi dördüncü şəhər olacaq.

Milli.Az-ın məlumatına görə, gecə Moskvanın "Karlson" restoranının damında keçiriləcək. Builki tədbirdə bir sıra Avropa ölkələrinin Eurovision təmsilçiləri - Firelight (Malta), Teo (Belarus), Valentina Monetta (San-Marino), Kristina Skarlat (Moldova) və Mey Faynqold (İsrail) iştirak edəcəklər. Onlar bu il Rusiyanı "Eurovision"da təmsil edən Tolmaçova bacıları ilə birlikdə çıxış edəcəklər.

Dilarə gecədə müsabiqə üçün nəzərdə tutulan "Start a Fire" kompozisiyasını və oynaq "Mercy" mahnısını ifa edəcək. Azərbaycanlı müğənni Moskvaya səfər edəcəyinə və Tolmaçova bacıları ilə, həmçinin tanınmış Rusiya müğənnisi Filipp Kirkorovla tanış olacağına çox şaddır.

Moskvada Dilarənin jurnalistlərlə bir neçə görüşü planlaşdırılıb. Azərbaycan nümayəndəsi "Moskva-24" telekanalının efirində çıxış edəcək, ən populyar qəzet, jurnal və radiostansiyaların suallarını cavablandıracaq, habelə bir sıra İnternet resurslarına müsahibə verəcək.

Dilarə Moskvadan sonra Gürcüstana və Maltaya gedəcək. Xəbərləri izləyin və Start a Fire mahnısını iTunes və Amazon-da dinləyin.

Dilarə Kazımova "Start a Fire" mahnısını mayın 6-da Kopenhagendə "Eurovision-2014" müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.

Xəbərləri izləyin: facebook.com/dilarakazimova

Rəsmi sayt: dilara.eurovisiontalents.com

İnstagram: instagram.com/dilarakazimova

Start a Fire iTunes-da: http://bit.ly/1hJgkPg

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.