Mədəniyyət

Maykl Bolton Heydər Əliyev Mərkəzində konsert verdi - FOTO

20 Aprel 2014 08:53
2 Şərh     Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib.

AzərTAc xəbər verir ki, rok-balladaları ilə bütün dünyada şöhrət qazanan tanınmış bəstəkar və ifaçı azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirib.

Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub boya-başa çatıb.
Maykl Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həm də ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. O, Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və "KİSS" qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb.

"Qremmi" mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb. Hollivudun "Şöhrət xiyabanı"nda adına ulduz olan Maykl Boltonun repertuarında sevgi balladaları üstünlük təşkil edir. "Can I Touch You...There?", "How Am I Supposed To Live Without You", "Love is a Wonderful Thing", "Missing You Now" onun ən məşhur mahnılarındandır.

Maykl Boltonun Luçano Pavarotti, Xose Karreras, Plasido Dominqo, Rene Fleminq, B.B.Kinq kimi ulduzlarla duetləri milyonların sevgisini qazanıb.

Məşhur amerikalı müğənni Maykl Boltonun Heydər Əliyev Mərkəzində keçirilən konserti alqışlarla qarşılanıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.