Mədəniyyət

Kinomuzun sevimli simasına sürpriz - VİDEO

17 Aprel 2014 14:23
1 Şərh     Baxış: 1 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
50 il əvvəl çəkilən, ancaq bu gün də hamı tərəfindən sevərək izlənilən "Əhməd haradadır" filminin qəhrəmanlarından biri sürücü Əhməd obrazını canlandıran Elxan Qasımovun aprelin 24-ü ad günüdür. Bu münasibətlə sevilən aktyora Kanal S tərəfindən sürpriz hazırlanıb.

Belə ki, sürücü Əhmədin "Ceyranı" Nonna (Nani) Paçuaşvili Elxan Qasımovu özünəməxsus şəkildə təbrik edib. Musiqiçiləri başına yığan Gürcüstanın xalq artisti Paçuaşvili "əziz Elxan, əziz Əhməd" deyərək, Elxan müəllimə xoş arzularını bildirib.

Xatırladaq ki, Kanal S "Gəlin danışaq" verilişinin 24 aprel buraxılışını Elxan Qasımovla portret stilində hazırlayıb. Odur ki, aprelin 24-ü saat 15:30-da Kanal S-i (www.kanals.az) izləməyi unutmayın.  

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.