Mədəniyyət

Azərbaycanı dünyaya tanıdan bəstəkarın ad günüdür

16 Aprel 2014 09:49
1 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəmbər Hüseynlinin "Cücələrim" mahnısı dünyanın hər yerində səslənib və 100-dən artıq dildə ifa edilib

Bu gün məşhur "Cücələrim" mahnısının bəstəkarı əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin dünyaya gəlməsinin 98-ci ildönümüdür. Bəstəkar 1916-cı ilin bu günü Gəncədə ziyalı ailəsində dünyaya gəlib. Qəmbər həmyaşıdlarından qeyri-adi yaddaşı ilə seçilirdi. Musiqiyə böyük həvəsi var idi. El şənliklərində Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbülün ifalarını dinlədikcə müsiqiyə daha da bağlanır. Gəncədə musiqi məktəbinin tar şöbəsini bitirən Qəmbər Hüseynli Bakıya gələrək Asəf Zeynallı adına musiqi texnikumuna daxil olur.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Qəmbər Hüseynlinin tarda "Segah", "Şur" və "Zabul" və digər muğamları yüksək peşəkarlıqla ifa bacarığı başqalarından fərqlənirdi. Qəmbər Hüseynlinin "Muğana ceyran", "Tellər oynadı", "İlk məhəbbət", "Ay işığında", "Gecələr uzanaydı" mahnılarında insanı heyrətləndirən elementlər zəngindir. Ona görə də bu melodiyaları dinləmək adamı bezdirmir. Əksinə, bu mahnılar adamı sevib-sevilməyə, işıqlı sabahlara səsləyir və xoş əhval-ruhiyyə yaradır. Bunun üçün təkcə "Cücələrim" mahnısını misal çəkmək kifayətdir. Cücələrim, demək olar ki, dünyanın hər yerində səslənib və 100-dən artıq dildə ifa edilib.

Qəmbər Hüseynli musiqinin bütün janrlarında yazıb. O, "Ailə namusu", "Şeyx Sənan", "Dağılan tifaq", "Almaz" və sair bu kimi səhnə əsərlərinə də musiqi yazıb. 100-dən çox romansın müəllifidir. Qəmbər Hüseynlinin musiqiləri Şövkət Ələkbərova, İslam Rzayev, Sara Qədimova kimi sənətkarlarımızın ifasında dinləyici məhəbbəti qazanıb. İndi də elə bir müğənni tapılmaz ki. "Muğana ceyran", "İlk məhəbbət", "Ay işığında" mahnılarına biganə qalsın. Qəmbər Hüseynli nağılabənzər ömür yaşadı. 1961-ci il avqustun 1-də vəfat etdi və 45 illik ömründə əsrlərlə yaşayacaq səhifə açdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.