Norveçli müğənni və skripkaçı, "Eurovision-2009" mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak (Alexander Rybak) mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcək.
Mərkəzdən Trend-ə verilən məlumata görə, A.Rıbak həmin gün Bakı izləyiciləri qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxacaq.
Qeyd edək ki, A.Rıbak layihə ilə əlaqədar Bakıya konsert tarixindən 3 gün əvvəl gələcək, səhnəni bölüşəcəyi gənclərlə seminar və məşqlər keçirəcək. O, Respublika İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət orkestrlə birgə çıxış edəcək. Konsert 3 hissədən ibarət olacaq. Birinci hissədə səhnəni Respublika İncəsənət Gimnaziyasının şagirdləri, ikinci hissədə şagirdlər və A.Rıbak bölüşəcək. Üçüncü hissədə isə A.Rıbak solo konsertlə çıxış edəcək. Tamaşaçılara A.Rıbakın repertuarından hitlər və digər mahnılar təqdim olunacaq.
Xatırladaq ki, A.Rıbak 2009-cu ildə "Farytale" mahnısı ilə "Eurovision" mahnı müsabiqəsində birincilik əldə etdikdən sonra dünya turu çərçivəsində bir sıra konsertlər verib. Müğənni-skripkaçı, həmçinin müxtəlif ölkələrdə istedadlı gənclərlə birgə çıxış edib.
Milli.Az
Mədəniyyət
Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində konsert proqramı təqdim edəcək
15 Aprel 2014 16:18
Baxış: 762
DİGƏR XƏBƏRLƏR
- “Muzeydə musiqi” layihəsi çərçivəsində Filarmoniyanın kollektivi və “Gənclərə dəstək” liştirakçılarının konserti keçirilib - FOTO
- Əməkdar artist vəfat etdi - FOTO
- Gəncədə "Xalqin mədəni sərvəti" layihəsi növbəti dəfə Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunub - FOTO
- Gəncə Dövlət Filarmoniyasinda Xalq artisti Miri Yusifin konserti ajiotaja səbəb olub - VİDEO - FOTO
- Filarmoniyada Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konserti keçirilib - FOTO
- Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Bahar və Buz qızı nağıl şousu təqdim olundu – FOTO
XƏBƏR LENTİ
- “Muzeydə musiqi” layihəsi çərçivəsində Filarmoniyanın kollektivi və “Gənclərə dəstək” liştirakçılarının konserti keçirilib - FOTO
- Azərbaycanlı müğənnidən kobud səhv: Adaya şəhər dedi – VİDEO
- Ev işlərində enerjiyə necə qənaət edək?
- “Təcili tibbi yardım vertolyotları alınsın”
- Makronun Silva ilə FOTOları ölkəni silkələdi
- Azərbaycanda aparıcının evini yandırıblar? - RƏSMİ CAVAB - VİDEO
- Rusiyalı polkovnik də “Krokus”da öldürülüb
- “Betis”dən Bəhlul Mustafazadənin transferinə MÜNASİBƏT
- Azərbaycan cəmiyyəti sərhəd kəndlərin azad ediləcəyinə inanır - SORĞU
- Sabir Rüstəmxanlı: "Gənc qızlar ana olmaq istəmirlər"
- Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı
- Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
- Türkiyəli aktyor vida mərasimində maşınla adam vurdu - FOTO
- Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
- Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək
- AVRO-2024: Fransa favorit, Gürcüstan autsayder
- Bu halda ipotekaya xitam veriləcək
- Xaçmaz sakininin mədəsindən çəngəl çıxdı
- Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB - FOTO
- Papa məhbus qadınların ayaqlarını yuyub öpdü - VİDEO
- Daha bir qanunsuz tikili söküldü - VİDEO
- Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
- Bu şəxslərin maaşı artırılır
- Məşhur futbolçu uşaqlarının atasının başqası olduğu öyrəndi - FOTOlar