Mədəniyyət

"İslam - ensiklopedik lüğəti" nəşr olunub

15 Aprel 2014 14:34
1 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İslam - ensiklopedik lüğət"i Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

Kitabxanadan Trend-ə verilən məlumata görə, AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun hazırladığı "İslam - ensiklopedik lüğət" kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib. Filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyevanın elmi redaktorluğu ilə nəşr olunan kitabda respublikamızın müstəqillik dönəmində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı vaxtda İslam haqqında doğru və düzgün məlumatlar öz əksini tapıb.

Lüğət "İslam. Ensiklopediçeskiy slovar" (Moskva, "Nauka", QRVL, 1991) kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxülislamları, müftiləri, axundları və s. din xadimləri haqqında məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanıb.

Kitab dinşünaslar, filosoflar, şərqşünaslar və ümumiyyətlə, islamla maraqlananlar üçün nəzərdə tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.