Mədəniyyət

Gənc Azərbaycan rəssamları "Fərqli mədəniyyətlər - vahid dünya" adlı VII Daşkənd Beynəlxalq Müasir İncəsənət Biennalesində iştirak ediblər - FOTO

26 Oktyabr 2013 10:00
Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Gənc Azərbaycan rəssamları Fərhad FərzəliyevRamal Kazımov "Fərqli mədəniyyətlər - vahid dünya" adlı VII Daşkənd Beynəlxalq Müasir İncəsənət Biennalesində iştirak etmişlər. Bu Biennalenin əsas məqsədi müasir incəsənətdə yeni meyllərin nümayiş etdirilməsi, yeni adların aşkarlanması, həmçinin ölkələr arası beynəlxalq mədəni münasibətlərin fəallaşdırılmasından ibarətdir. Azərbaycan iştirakçılarına 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş və Azərbaycan rəssamlarının maraqlarını doğma ölkəsi və xaricdə təmsil edən YARAT qeyri-kommersiya təşkilatı dəstək göstərir.

245 rəssam 2013-cü ilin 22-27 oktyabr tarixlərində Daşkənddə keçirilən Beynəlxalq Biennalenin iştirakçılarına çevrildi. Biennalenin proqramına dünya şöhrətli rəssamların son sənət işləri daxil edildi: Norik Yamomomto (Yaponiya), Gergios Katsangelos (Yunanıstan), Uriç Lau Vay Yuen (Sinqapur), Li San Gi (Koreya), Endryu Lam Xon Kin (Honkonq), Mamuka TsxeladzeLiya Şvelidze (Gürcüstan), Jozefin Turalba (Filippin), Mauro Maqrini (İtaliya), Smail Bayaliyev (Qazaxıstan) və başqaları (ümumilikdə 105 rəssam).

Ölkəmiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Ramal Kazımov və rəssam Fərhad Fərzəliyevin sənət işləri ilə təmsil ediləcək.

Biennale çərçivəsində sərgilər, elmi-tarixi konfranslar, yaradıcı görüşlər və ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

Biennalenin qalibləri Site de Art Assosiasiyasının prezidenti cənab Jan İv Lanqlenin rəhbərliyi altında münsiflər heyəti tərəfindən təyin ediləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.