Mədəniyyət

Bakıda "Azərbaycan Prezidenti kuboku" beynəlxalq KVN turniri keçirilib - FOTO

24 Oktyabr 2013 11:04
Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı şəhərində Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubunun (KVN) yüksək liqasının ən yaxşı komandalarının iştirakı ilə "Azərbaycan Prezidenti Kuboku" beynəlxalq turniri keçirilib. Bu barədə Trend-Life xəbər verir.

Turnirin açılış mərasimində çıxış edən KVN-nin Azərbaycan liqasının rəhbəri Anar Sultanov "Azərbaycan Prezidenti kuboku" beynəlxalq turnirinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra səhnəyə "AMİK" Televiziya Yaradıcılıq Birliyinin və "KVN" Beynəlxalq Birliyinin prezidenti Aleksandr Vasilyeviç Maslyakov çıxıb. O, Bakıda 18 il əvvəl olduğunu və şəhərin çox gözəlləşdiyini bildirib və iştirakçılara uğurlar arzulayıb.

Tamaşaçılara Azərbaycanda KVN hərəkatının inkişafı, bir vaxtlar Yuli Qusman və Anar Məmmədxanovun rəhbərlik etdiyi "Parni iz Baku" komandasının uğurları və iki qələbəsi barədə videoçarx təqdim edilib. Yeri gəlmişkən, müxtəlif nəsillərdən olan komandaların üzvləri də qonaqlar arasında olublar.

Turnirdə "Rəislər", (İrkutsk), "Dnepr" (Dnepropetrovsk vilayətinin yığması), "Parapaparam" (MDBƏİ, Moskva), Bakı Yığması (Azərbaycan), KVN üzrə Kamızyak diyarının yığması (Həştərxan), Triod və Diod (Smolensk) komandaları çıxış ediblər.

Turnirin sonunda bütün komandalara münsiflər tərəfindən kuboklar verilib, əsas mükafat - Azərbaycan Prezidentinin kuboku isə Aleksandr Maslyakova təqdim edilib.

Tədbir KVN-in Azərbaycan liqası, Gənclər və İdman Nazirliyi və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən təşkil edilib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.