Mədəniyyət

"Yay" qalereyasında "Başqa bir şəhər" sərgisi keçiriləcək - FOTO

26 Sentyabr 2013 10:24
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəhər ruh deməkdir. Böyük şəhər "sərbəst ruh" deməkdir.
(Osvald Şpenqler, alman filosofu və mühərriri)

"Yay" Sərgi Salonu dərin iftixar hissi ilə "Başqa bir şəhər" adlı sərgini təqdim edir. "Başqa bir şəhər" Azərbaycan rəssamları Hüseyn HaqverdiyevRəşad Ələkbərovun əbədiyyən cavan, heç vaxt yuxuya getməyən, daima yenilənən və dirçələn meqapolis ruhunu yenidən düşünərək hiss etmək cəhdidir. Trend bildirir ki, sərgi YAY qalereyasında sentyabrın 27-dən oktyabrın 15-dək keçiriləcək.

Rəssamların nəzərində şəhər çoxşəkillidir: dinamik və tikanlıdır, saxta və eyni zamanda çox dürüstdür, gümrah və insanı sarsıdandır, cəlb edən və mənfurdur. O, bizi tənha və sərbəst hala salır, əsəblərimizi cilovlayır, stereotiplərdən və xofdan azad edir, lakin eyni zamanda yeniləri ilə əvəz edir.

Onun binalarının divarlarında bizim kölgələrimiz titrəyir, özümüz isə, ciyərlərimizə tüstünü dolduraraq, onun işıq və dumanlarına qovuşuruq.

Meqapolisdə həyatını keçirən rəssamın hissləri kəskinləşir, o, beton plitələrin gözəlliyini görməyi, metal konstruksiyaların romantikasına valeh olmağı öyrənir. Müasir şəhər artıq şəhər divarlarının arxasında gizlənmir, o, şüşə və metaldan tikilmiş ofis binalarının qüllələri ilə seçilir. Şəhər polad təkin bərk əsəb, məhdud məkanlarının nizamı, mövcudatın dəqiq alqoritmi deməkdir...

Rəşad Ələkbərov elə şəhər mühitinin özünə bənzəyən, metal konstruksiyalardan qurulmuş instalyasiyalar yaradır. Lakin bu installyasiyalar elə ağlasığmaz, ecazkar tərzdə yığılıb ki, onların saldığı kölgələr insan portretlərini təşkil edir. Rəssam yaradıcılığının nəticələri insanı heyran edir. Onun səbrlə yaratdığı kompozisiyalarının hamısı əslində soyuq divar üzərində işıq və kölgə ilə şəkil çəkmək cəhdidir...

Hüseyn Haqverdiyevin qrafik işlərində də həmin ciddilik, yekrənglilik, xətlərin dəqiqliyi açıq-aşkar qeyd edilir və şəhərin boz-qəhvəyi rənglər palitrası ilə həmahəngdir. Haqverdiyevin yaratdığı bütün qrafik işlərdə şəhər damlarından və mansardalardan görülən yol hərəkəti ilə bağlı fikirləri yaradır. Həmin işlərə diqqətlə baxsaq gözümüzün önündə sıralara düzülmüş səs-küylü maşın karvanları və yüksəkvoltlu məftillər və parabolik antenalar xanaları ilə bəzədilmiş alatoran səma peyda olacaq. Bu şanaşəkilli mənzillər və onların içində salınmış və özünü nəhəng bir qarışqa yuvasında hiss edən sakinlərin şəhəridir. Bu şəhər uğuldayır və əsir, həyəcanlı həftəiçi günlər və kədərli oyanışlarla doludur. Tozlu dalanlarda məqsədsiz gəzintilər və siqaret tüstüsü bu şəhəri xarakterizə edir.

Lakin fransız filosofu Jil Delenin dediyinə görə, "Hər bir şəhərin içində hər zaman başqa bir şəhər var". Müasir sərt və müvəffəqiyətli insanlara məxsus böyük ümidlər və məyusluq şəhərlərin içində sirli bir şəhər mövcuddur.

Dərin psixoloji təsirə malik Rəşad Ələkbərovun işlərinə nəzər yetirdikdə bunu yəgin anlayırsan. Kölgə və işıq oyunu ətraf dünyanın xəyali olması hissini doğurur. Kabus şəhəri və orada yaşayan əcaib məxluqatlar gecə peyda olurlar və yalnız dan yeri sökülərkən qeybə çəkilirlər. Rəssamın yaratdığı əsərlər çox zərifdir və yalnız qaranlıq otaqlarda gözə görünür. Müəllifin hökmü ilə dünyaya göz açan portretlər xatirələr pərdəsini yortan, çoxdan unudulmuş keçmişin surətləri rolunu ifa edirlər.

RƏSSAMLARIN TƏRCÜMEYİ-HALLARI

Hüseyn Haqverdiyev 2003-cü ildən etibarən Azərbaycan xalq rəssamı fəxri adını daşıyır, Əzim Əzimzadə adına Bakı Dövlət Peşə Məktəbinin (1975) və Muxina adına Sankt-Peterburq Akademiyasının (1980) məzunudur. Rəssam müxtəlif vəsaitlərlə və müxtəlif janrlarda, o cümlədən heykəltəraşlıq, rəngkarlıq, şəkil, monumental incəsənət sahələrində işləyir; yaratdığı işlərdə əsasən irihəcmli formalara üstünlük verir. O, Bakı Kafedral Kilsəsində yerləşdirilən Müqəddəs Məryəm heykəlinin, habelə Səngəçal Terminalında epik məzmunlu mozaik pannonun müəllifidir.

Rəşad Ələkbərov 1979-cu ildə dünyaya göz açıb və Azərbaycan Dövlət Universitetini "tətbiqi incəsənət" ixtisası üzrə 2001-ci ildə bitirib. Kölgə və işıq oyununun məharətli istifadəsi ciddi tarixi və mədəni mövzularla qovuşan əsərlər Rəşad Ələkbərova şöhrət qazandırıb. 2012-ci ildə Rəşad Ələkbərov BƏƏ-nin Şərcə şəhərində keçirilən İslam İncəsənətinin Festivalında iştirak edib. Onun ərsəyə gətirdiyi işlər iki dəfə Beynəlxalq Venesiya Biennalesində təmsil olunmuşdu: 2007-ci ildə Azərbaycanın rəsmi pavilyonunda və 2013-cü ilin yaz mövsümündə "Love me Love me not" sərgisi çərçivəsində "YARAT" pavilyonunda.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.